Menyu

Azərbaycan və Çexiya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Operativ Media
Azərbaycan və Çexiya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastika Konqresi ərəfəsində Çexiyanın Milli İdman Agentliyinin sədri Andrey Şebeklə idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Operativ Media nazirliyə istinadən xəbər verir ki, görüş zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Həmçinin anti-dopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin Bakı-2026 "Dünyanın İdman Paytaxtı" çərçivəsində paytaxtımızda keçiriləcək tədbirlərdə Çexiya nümayəndələrinin iştirakı da müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər