Menyu

"Kür" heyətini monteneqrolu oyunçu ilə gücləndirib

Operativ Media
"Kür" heyətini monteneqrolu oyunçu ilə gücləndirib

Qadın həndbolçulardan ibarət "Kür" komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, Mingəçevir təmsilçisi monteneqrolu Esma Muratoviçlə müqavilə imzalayıb.

Ölkəsinin "Danilovqrad" klubunun yetirməsi olan 29 yaşlı həndbolçu karyerası ərzində müxtəlif illərdə Portuqaliya, Türkiyə, İsrail, Kosovo, İtaliya və Yunanıstan çempionatlarında çıxış edib. Onun sonuncu klubu "Qorçe Petrov" (Şimali Makedoniya) olub.

Qeyd edək ki, Muratoviç "Kür"ün heyətində 7 nömrəli formanı geyinəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər