Menyu

Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşacaq

Operativ Media
Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.

Operativ Media xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Mladost” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.

28 noyabr

15:00. Şimali Makedoniya – Azərbaycan

“Mladost” stadionu, Strumitsa

Baş hakim: Yurqita Maçikunitye (Litva)

Baş hakimin köməkçiləri: İrina Pozdeyeva (Litva), Edyena Kapciu (Albaniya)

Dördüncü hakim: Yoanna Vassallo (Malta)

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər