Azərbaycan UEFA reytinqində gerilədi
Operativ Media
Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
Operativ Media xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyanın “Napoli” klubuna məğlubiyyətindən sonra (0:2) baş verib.
Dünən “Şaxtyor”un qələbəsi Ukraynanın ölkəmizi keçməsi üçün kifayət edib.
Azərbaycan 22.250 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki Ukraynanın 22.350 əmsalı var. Sloveniya isə 22.218 əmsalla 27-cidir.
Qeyd edək ki, UEFA reytinqində İngiltərə (101.783) ilk sıraradadır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net