Rusiya müdafiə naziri müavinləri ilə müşavirə keçirib
Nərmin Qocamanlı
Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin birləşmiş qruplaşmasının qərargahında müavinləri ilə müşavirə keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, müşavirədə qoşunların davamlı olaraq silah və sursatla təmin edilməsi məsələsi müzakirə edilib.
Həmçinin əlavə olunub ki, müzakirələr zamanı ehtiyat qüvvələrin döyüş hazırlığının təşkilinə, hərbi-siyasi məsələlərə və qoşunların hərtərəfli təminatına xüsusi diqqət ayrılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net