Rafael Qrossi İran XİN rəhbəri ilə görüşüb
Nərmin Qocamanlı
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi İrana səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
"Operativ Media" İRNA-ya istinadən xəbər verir ki, Qrossi İran Atom Enerjisi Təşkilatının rəhbəri Mohammad Eslami ilə görüşdən sonra Abdullahian ilə fikir mübadiləsi aparıb.
Danışıqlar zamanı hansı mövzular ətrafında fikir mübadiləsinin aparılması barədə təfərrüatlar açıqlanmayıb.
Həmçinin qeyd olunub ki, Qrossi Eslami ilə artıq iki görüş keçirib və görüşlərin nəticələrinə dair onu deyib ki, ciddi dialoqlar aparılır və danışıqların ab-havası müsbətdir: “İran tərəfinin əməkdaşlıq əhval-ruhiyyəsi xüsusilə hiss olunur”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net