“Qarabağ” “Napoli” ilə oyundan öncə azarkeşlərinə müraciət etdi
Operativ Media
“Qarabağ” UEFA Çempionlar Liqasında səfərdə qarşılaşacağı “Napoli” (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.
Hazırda “Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər “iTicket.az” portalından onlayn bilet əldə edə bilərlər.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net