"Araz-Naxçıvan"ın "Benfika" ilə oyununun başlanma saatı bəlli oldu
Operativ Media
“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" ilə Portuqaliyada baş tutacaq səfər matçının yeri və başlanma saatı müəyyənləşib.
Operativ Media xəbər verir ki, təmsilçimiz rəqibi ilə dekabrın 5-də Lissabondakı “Pavilau Fidelidade Arena"da üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Xatırladaq ki, komandalar arasında ilk duel noyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək. Matç saat 20:00-da başlanacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma