Menyu

Fransa yığmasının qapıçısı tarixə düşdü

Operativ Media
Fransa yığmasının qapıçısı tarixə düşdü

Fransa yığmasının qapıçısı Luka Şevalye ölkəsinin tarixinə düşüb.

Operativ Media  xəbər verir ki, 24 yaşlı qolkiperin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə oyunda buraxdığı qol yaddaqalan olub.

Belə ki, Şevalye 90 il ərzində Fransa yığmasında debüt matçında ən erkən qol buraxan qapıçı olub. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşün 4-cü dəqiqəsində Renat Dadaşov Şevalyeni məyus edib.

Axırıncı dəfə Rene Lyense 1935-ci ildəki debüt qarşılaşmasında eyni göstəriciyə imza atıb. 90 ildən sonra Şevalye bu antirekordu Bakıda təkrarlayıb.

Qeyd edək ki, Azərbaycan – Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər