ABL-də VII turun növbəti qarşılaşması baş tutacaq
Operativ Media
Azərbaycan Basketbol Liqasında VII turun növbəti qarşılaşması baş tutacaq.
Operativ Media xəbər verir ki, A qrupunda "Şəki" evdə "Neftçi" ilə üz-üzə gələcək.
Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. "Şəki" hazırda 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb. 7 xala malik "Neftçi" isə dördüncüdür.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Lənkəran" "Sərhədçi"ni (83:78), "Naxçıvan" "Sumqayıt"ı (116:99) məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net