Menyu

Acun Ilıcalı 3 aylıq ömrü qalan azarkeşin arzusunu reallaşdırdı

Əziz Əzizli
Acun Ilıcalı 3 aylıq ömrü qalan azarkeşin arzusunu reallaşdırdı

İngiltərənin Çempionşip liqasında çıxış edən “Hall Siti” klubunun sahibi Acun Ilıcalı, alzheymer və pankreas xərçəngi diaqnozu qoyulan, həkimlər tərəfindən cəmi 3 aylıq ömrü qaldığı deyilən 62 yaşlı “Hall Siti” azarkeşi Ouen Qrifsə həyatının ən yadda qalan günlərindən birini yaşadıb.

Operativ Media xəbər verir ki, irəliləmiş mərhələdə alzheymer və pankreas xərçəngi ilə mübarizə aparan Qrifsin son arzusu uzun illərdir dəstək verdiyi komandanın məşqini ziyarət etmək olub. “Hall Siti”nin məşq bazasında baş tutan görüşdə Acun Ilıcalı onu qarşılayaraq xüsusi qayğı göstərib. Komandanın futbolçuları və baş məşqçi Sergey Yakiroviç də Ouen Qrifs və qızı Sofi ilə yaxından maraqlanıblar.

Görüş zamanı duyğulu anlar yaşanıb. Sağlamlıq problemləri ilə mübarizə aparan azarkeşin qızı Sofi bildirib: “Bu günü ömrüm boyu unutmayacağam. Atam isə yəqin ki, evə qayıtdıqdan sonra hər şeyi unudacaq. Ona görə də hər gün ona bu hekayəni oxuyacağam”.

Bu mənalı görüş BBC-nin xüsusi reportajı ilə Britaniyada böyük rezonans doğurub. Acun Ilıcalının azarkeşə göstərdiyi qayğı “Hall Siti” ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və Britaniya mediasında geniş işıqlandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər