Menyu

Fransa millisinin baş məşqçisi: Bakıya kimin gedəcəyini hələ deməyəcəm

Operativ Media
Fransa millisinin baş məşqçisi: Bakıya kimin gedəcəyini hələ deməyəcəm

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qalib gəldikləri (4:0) oyundan sonra Azərbaycanla Bakıda keçiriləcək matça da toxunub.

Operativ Media  xəbər verir ki, o, mətbuat konfransında deyib ki, Azərbaycan səfəri komandası üçün asan olmayacaq:

"Bu matça hörmətlə yanaşmalıyıq, amma sizdən gizlətmirəm ki, bu, cəmi üç günlük istirahətlə uzun səfərdir. Qarşımızda üç saatlıq vaxt fərqi ilə uzun bir səyahət var. Bəzi futbolçular çox oynayıb. Səfərə kimin gedəcəyini hələ deməyəcəm".

Deşam həmçinin əlavə edib ki, əzələ problemləri yaşayan Eduardo Kamavinqa və cəzalı durumda olan Manu Kone Bakıdakı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan - Fransa görüşü noyabrın 16-da Tofiq Bəhramov adına Respublikda Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər