Menyu

Pakistanda mədəndə partlayış olub

Nərmin Qocamanlı
Pakistanda mədəndə partlayış olub

Pakistanın Bəlucistan əyalətində yerləşən mədənlərin birində baş verən partlayış nəticəsində azı altı nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Dawn” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, mədənçilər 450 metrdən çox dərinlikdə işləyirmiş. Həmin vaxt mədəndə metan partlayışı baş verib. Mədənin bir hissəsi dağılıb.

Partlayışdan sonra xilasedicilər hadisə yerinə çatıb və dünyasını dəyişən altı şaxtaçının cəsədini səthə çıxarıblar. 

Bildirilir ki, metan konsentrasiyası yüksək olduğundan 5 xilasedici iş zamanı huşunu itirib. Onlar ikinci qrup xilasedicilər tərəfindən səthə çıxarılıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər