Menyu

Azərbaycanın dörd boksçusu İslamiadada finala çıxıb, ikisi bürünc medal qazanıb

Operativ Media
Azərbaycanın dörd boksçusu İslamiadada finala çıxıb, ikisi bürünc medal qazanıb

Azərbaycanın daha iki boksçusu Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Operativ Media  xəbər verir ki, Nərgiz Zeynalova (54 kiloqram) və Səidcəmşid Cəfərovdan (80 kiloqram) sonra Aynur Mikayılova (57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) də qızıl medal uğrunda döyüşmək hüququ qazanıblar.

Finalda N. Zeynalova Ayşən Taşkınla (Türkiyə), A. Mikayılova Xumorabonu Mamajanova (Özbəkistan) ilə, M. Qasımzadə Madiyar Daniyarovla (Özbəkistan), S. Cəfərov isə Sultan Osmanlı (Türkiyə) ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalda uduzan Fatimə Mehdiyeva (65 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) isə bürünc medalla kifayətləniblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər