Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb
Operativ Media
Azərbaycanlı ağırlıqqaldıranı İsa Rüstəmov (71 kiloqram) Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.
Operativ Media xəbər verir ki, milli üzvü birdən qaldırmada 147 kiloqram ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə bürünc mükafat əldə edib.
O, təkanla qaldırmada 177 kiloqram çəkini başı üzərinə qaldıraraq ikinci yeri tutub.
İsa Rüstəmov iki hərəkətin cəmində isə 324 kiloqram nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, ötən gün Azərbaycanın qadın ağırlıqqaldıranı Nuray Əbilova (48 kiloqram) 3 bürünc medal qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net