Menyu

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Operativ Media
Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Operativ Media  xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda özbəkistanlı Xurşida Razzokberdiyevanı məğlub edərək qızıl medal qazanıb.

Digər cüdoçumuz Aytac Qardaşxanlı (70 kiloqram) İslamiadada üçüncü yeri tutub.

Bu gün, həmçinin Zelim Kotsoyev (100 kiloqram) finalda, Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər