Menyu

Azərbaycanın veteran cüdoçuları Paris mundialını 7 medalla başa vurdu

Operativ Media
Azərbaycanın veteran cüdoçuları Paris mundialını 7 medalla başa vurdu

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında millimiz çıxışını başa vurub.

Operativ Media xəbər verir ki, son yarış günündə yeganə qadın təmsilçimiz Zülfiyyə Hüseynova F6 yaş kateqoriyasında dünya çempionu olub. -70 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda britaniyalı Simone Stronqa ipponla qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Fərhad Rəcəbli (M8, -90 kq) gümüş, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (-100 kq) bürünc medal qazanmışdı. 

Yekunda komandamız mundialı 2 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 7 medalla tamamlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər