AFFA Premyer Liqa klublarını cərimələdi
Operativ Media
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 10-cu turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verib.
Operativ Media xəbər verir ki, “Neftçi” ilə matçda 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.
75-ci dəqiqədə meydançaya kənar şəxs daxil olduğundan, “Neftçi” 2500 manat cəriməyə məruz qalıb.
“Şamaxı” ilə görüşdə 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə ödəməli olacaq. “Sumqayıt”dan isə 4 nəfər “Araz-Naxçıvan”la qarşılaşmada sarı vərəqə alıb. “Sumqayıt” da eyni məbləğdə cərimə ödəyəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net