Əliyar Ağayevin idarə etdiyi oyunda "Arsenal" qələbə qazanıb
Operativ Media
Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib.
Operativ Media-nın məlumatına görə, qarşılaşma "topçular"ın 3:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycanlı hakim 32-ci dəqiqədə çexiyalıların futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb.
Zərbəni yerinə yetirən Bukayo Saka isə hədəfdən yayınmayıb. Digər qolları Bay Merino (46, 68) vurub.
Əliyar Ağayev matç boyunca "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net