Menyu

Devonte Qrin FIBA Avropa Kuboku turnirində oktyabr ayının ən yaxşı basketbolçusu seçilib

Operativ Media
Devonte Qrin FIBA Avropa Kuboku turnirində oktyabr ayının ən yaxşı basketbolçusu seçilib

"Neftçi"nin oyunçusu Devonte Qrin FIBA Avropa Kuboku turnirində oktyabr ayının ən yaxşı basketbolçusu seçilib.

Operativ Media xəbər verir ki, 28 yaşlı basketbolçu ay ərzində hər oyunda orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Neftçi" FIBA Avropa Kubokunun I qrupunda mübarizə aparır. Komanda qrupda keçirdiyi matçlarda Polşanın "Kalev" kollektivini (95:84) və digər Azərbaycan təmsilçisi "Abşeron Lions"u (104:86) məğlub edib, Polşanın"Trefl" klubuna isə (63:92) uduzub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər