Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi
Ukrayna Prezidenti Volodimir Zelenski Xerson Şəhər Hərbi Administrasiyasında vəzifə dəyişiklikləri edib.
"Operativ Media" xəbər verir ki, Ukrayna Prezidentinin saytında dəyişikliklərlə bağlı imzaladığı 2 fərman dərc edilib.
Zelenski birinci fərmanla Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Qalina Luqovayanı vəzifəsindən azad edib, ikinci fərmanla onun yerinə Roman Mroçkonu təyin edib.
Qeyd edək ki, Mroçko Ukraynanın Cənub Dairəsinin hərbi prokurorunun müavini vəzifəsində çalışıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net