Menyu

Aİ-nin Ermənistandakı missiyası ilə bağlı saziş imzalanacaq

Aİ-nin Ermənistandakı missiyası ilə bağlı saziş imzalanacaq

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının fəaliyyətini tənzimləyən saziş imzalanacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı məlumat verib.

"Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, onun fəaliyyətini tənzimləyən saziş gələcəkdə müzakirə olunmalı və imzalanmalıdır", - Paşinyan bildirib.

Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər