Moldovanın rəsmi dili dəyişdirilə bilər
Moldova parlamentinin komissiyaları “Moldova dili”nin “rumın dili”nə dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu qanun layihəsi parlamentin plenar iclasının müzakirəsinə çıxarılana qədər onu müzakirə edən bütün komissiyalarda səs çoxluğu ilə təsdiq edilib.
Qanun layihəsinin müəlliflərindən biri, hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasından olan deputat Petru Frunze jurnalistlərə bildirib ki, bütün milli qanunlarda“Moldova dili” ifadəsinin “rumın dili” ilə əvəz edilməsi barədə sənəd Konstitusiya Məhkəməsinə yönləndirilib.
Onun sözlərinə görə, Kommunistlər və Sosialistlər Blokunun deputatları, o cümlədən kommunistlərin lideri Vladimir Voronin bu təşəbbüsə etiraz etməyə çalışıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net