Fransa və Ukrayna Kiyevə qırıcı təyyarələrin göndərilməsinə dair müzakirələr aparır
Fransa və Ukrayna arasında Kiyevə qırıcı təyyarələrin göndərilməsi, həmçinin ukraynalı pilotlara təlimlərin keçilməsinə dair müzakirələr gedir.
"Operativ Media" xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu BFMTV telekanalına açıqlamasında bildirib.
Lekornu Prezident Emmanuel Makrona istinadən bildirib ki, hərbi dəstəklə bağlı heç nə istisna deyil, lakin təcili ehtiyac hələ ki, sursatlarla bağlıdır.
Xatırladaq ki, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk yanvarda Fransa Milli Assambleyasında çıxışı zamanı fransalı deputatları Ukraynaya “Leclerc” tankları, “Mirage 2000” və “Rafale” qırıcıları tədarük etməyə çağırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net