Afrika ölkəsi Fransa ilə 60 illik müqaviləni ləğv etdi
Burkina Faso hökuməti Fransa ilə 1961-ci ildə imzalanmış “hərbi yardım müqaviləsi”ni ləğv etmək qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, Afrika ölkəsinin Xarici İşlər Nazirliyi bu barədə Fransaya məktub göndərib.
Məktubda bildirilib ki, hökumət 1961-ci il aprelin 24-də Parisdə Yuxarı Volta Respublikası (indiki Burkina-Faso) ilə Fransa Respublikası arasında bağlanmış texniki hərbi yardım haqqında sazişi denonsasiya edir.
Qeyd edək ki, Burkino-Fasoda dövlət çevrilişi baş verdikdən sonra Fransa ilə münasibətlər pisləşib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net