Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb
Rusiya Prezidenti Vladimir Putin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakın dayandırılması barədə qanun imzalayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Putin fevralın 21-də Rusiyanın START müqaviləsindən çıxdığını bəyan edib.
Rusiya Prezidenti bildirib ki, ABŞ Rusiyanın müqavilə ilə bağlı müraciətlərini rədd edir.
ABŞ Prezidenti Cozef Bayden bu qərarı böyük səhv hesab edib.
Müqavilə Rusiya və ABŞ arasında bağlanıb, o, hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net