Emin Mahmudovdan derbi paylaşımı - FOTO
Əziz Əzizli
Dünən Misli Premyer Liqasının 24-cü turunun son oyunu "Azərsun Arena"da "Qarabağ" və "Neftçi" klubları arasında keçirildi.
"Operativ Media" xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdən sonra "Neftçi"nin kapitanı Emin Mahmudov instaqram hesabında matçla bağlı paylaşım edib. "Ağ-qaralar"ın yarımmüdafiəçisi paylaşımında "Qarabağ"ın futbolçusu Qara Qarayevi də işarə edərək "dumanlı albion, qardaşım Qara Qarayev" yazıb.
Ağdam klubunun futbolçusu isə Mahmudovun paylaşımına bu cür reaksiya verib: "Sənə qarşı oynamaq da, səninlə birlikdə oynamaq da mənə zövq verir".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net