İsrailin xarici işlər naziri Almaniyaya səfər edəcək
İsrailin xarici işlər naziri Eli Kohen Almaniyaya səfər edəcək.
"Operativ Media" xəbər verir ki, İsrail XİN başçısı fevralın 28-də Almaniyaya gedəcək.
Səfəri çərçivəsində o, almaniyalı həmkarı Annalena Berbokla görüşəcək.
İsrail mediası bildirir ki, xarici işlər naziri Kohenin səfərinin məqsədi Qərbin İrana qarşı daha sərt tədbirlər görməsinə təkan verməkdir.
"Almaniyaya səfər İranın nüvə silahı əldə etməsinə mane olmaq səyləri çərçivəsində strateji bir səfərdir. Biz Almaniya ilə ikitərəfli müstəvidə, Avropa və beynəlxalq arenada mühüm əlaqələri davam etdirəcəyik”, Eli Kohen bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net