Menyu

Kaliforniyada qar fırtınası yüz minlərlə evi işıqsız qoyub

Kaliforniyada qar fırtınası yüz minlərlə evi işıqsız qoyub

ABŞ-nin Kaliforniya ştatında nadir rast gəlinən qış fırtınası elektrik enerjisinin kütləvi kəsilməsinə, daşqınlara, avtomobil yollarının bağlanmasına səbəb olub.

“Operativ Media" xəbər verir ki, bir neçə gün davam edən güclü küləklər Los-Anceles rayonunda yaşayan 120 min insanın elektrik təminatının kəsilməsi ilə nəticələnib. Ştatın qərb sahilində əsas avtomobil magistralı dağlıq hissədə bağlanıb.

Sakramento sakinlərinə əlverişsiz hava şəraiti ilə bağlı bazar günündən çərşənbəyə qədər səfərlərdən imtina etmək tövsiyə olunub. Fırtına nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.

Bu, Kaliforniya tarixində ən güclü fırtınalardan biridir. Meteoroloqların proqnozuna görə, ABŞ-ın qərbinə daha çox yağıntı gətirəcək yeni qar fırtınası gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər