Kamçatkada 6,1 bal gücündə zəlzələ baş verib
Nərmin Qocamanlı
Rusiyanın şərqindəki Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ baş verib.
“Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının saytında məlumat verilib.
Qeyd edilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 170 km kənarda, Kamçatkanın şimal-qərb sahillərində olub.
Həmçinin yeraltı təkanın 65 km dərinlikdə baş verdiyi bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net