Ərdoğan və Makron arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Agentliyin məlumatına görə, telefon danışığı zamanı E. Makron Türkiyənin bir sıra şəhərlərində baş verən zəlzələlərlə bağlı R.T. Ərdoğana başsağlığı verib.
Bildirilib ki, videokonfrans formatında baş tutan görüşdə Türkiyə lideri Fransanın bu müddətdə sərgilədiyi dəstək və həmrəyliyə görə E. Makrona minnətdarlığını bildirib.
Eyni zamanda, danışıq zamanı Türkiyə-Fransa münasibətlərinə dair xüsuslar ətrafında da fikir mübadiləsi aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net