Çində daş kömür karxanasının çökməsi nəticəsində 5 nəfər həlak olub
Çinin Daxili Monqolustan muxtar rayonunda daş kömür karxanasında fevralın 22-də baş vermiş torpaq uçqunu nəticəsində azı beş işçi həyatını itirib.
"Operativ Media" xəbər verir ki, hadisə zamanı, həmçinin altı nəfər yaralanıb, 48 nəfər isə itkin düşüb. Karxana çökərkən orada 57 işçi olub.
Hazırda hadisə yerində minə yaxın xilasedici və 150-dən çox texnika fəaliyyət göstərir. Uçqunun baş vermə səbəbləri araşdırılır, istintaq aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net