Menyu

Qazaxıstan bu il 3 min konteyner qatarının tranzitini təmin edəcək

Qazaxıstan bu il 3 min konteyner qatarının tranzitini təmin edəcək

Şensi əyaləti (ÇXR) 2025-ci ildə Çin-Avropa konteyner qatarlarının inkişafına 2,5 milyard yuan (344 milyon dollar) sərmayə qoyacaq.

Operativ Media “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məsələ Şensi əyalətinin qubernatoru Çjao Qanq ilə SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.

2025-ci ildə Qazaxıstan ərazisindən tranzitlə 3 min konteyner qatarının göndərilməsi planlaşdırılır.

Tərəflər, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çin-Avropa istiqamətində yubiley konteyner qatarının yola salınması mərasiminə hazırlıq məsələlərini və Qazaxıstan tərəfinin Sian şəhərində keçiriləcək iri beynəlxalq nəqliyyat və logistika forumlarında iştirakını müzakirə ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər