Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Əsəd Abbaslı
Fələstin prezidenti Mahmud Abbas Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Operativ Media TASS-a istinadən xəbər verir ki, tərəflər Fələstin ərazilərindəki son hadisələri müzakirə ediblər.
İki lider "fələstinlilərin öz torpaqlarından didərgin düşməsinə qarşı çıxaraq, onlara təcili humanitar yardımın göstərilməsinə, Qəzzə zolağında atəşkəsin gücləndirilməsinə çağırış ediblər".
Abbas və Makron “beynəlxalq hüquqa əsaslanan iki dövlətli həll yoluna (Fələstin və İsrail dövlətlərinin yan-yana yaşaması nəzərdə tutulur) irəliləmənin, eləcə də bu ilin iyununda beynəlxalq sülh konfransının keçirilməsinin” zəruriliyini bəyan ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net