Menyu

ABŞ ordusu və NATO-ya kiberhücumlar edən haker saxlanılıb

Əziz Əzizli
ABŞ ordusu və NATO-ya kiberhücumlar edən haker saxlanılıb

İspaniya polisi ABŞ və İspaniya orduları, həmçinin NATO-nun elektron resurslarına haker hücumları edən informatika mütəxəssisini saxlayıb.

"Operativ Media" “Figaro”ya istinadla xəbər verir ki, polis hakeri saxlamaq üçün 1 ildən çox əməliyyat aparıb. O hər dəfə ayrı-ayrı adlarla məxfi sistemlərə girdiyi üçün ələ keçməsi uzun vaxt aparıb. Təhqiqat zamanı məlum olub ki, haker əldə etdiyi məlumatları forumlarda satıb.

Alkanta regionunda yaşayan hakerin saxlanması əməliyyatında Avropol və ABŞ Dövlət Departamentinin daxili təhlükəsizlik şöbəsinin əməkdaşları da iştirak ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər