Menyu

BƏƏ "Rafale" qırıcılarının ilk partiyasını alıb

Əsəd Abbaslı
BƏƏ "Rafale" qırıcılarının ilk partiyasını alıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2021-ci ildə ölkələr arasında imzalanmış müqaviləyə əsasən, Fransadan "Rafale" qırıcılarının ilk partiyasını alıb.

Operativ Media xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

BƏƏ-nin Müdafiə Nazirliyi bildirib ki, qırıcı təyyarələrin ilk partiyasının tədarükü "Dassault Aviation" şirkəti ilə ölkənin hava qüvvələrinin “qabiliyyətlərini artırmaq” üçün bağlanmış “tarixi müqavilənin” bir hissəsidir.

Fransanın "Dassault Aviation" şirkətinin BƏƏ Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi ilk "Rafale" qırıcı təyyarəsi yanvarın 30-da Parisdə keçirilən mərasimdə təqdim edilib.

Mərasimdə Fransa Silahlı Qüvvələri naziri Sebastien Lekornü və BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl-Məzraui iştirak ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər