Qırğızıstan və Qazaxıstan strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər
Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Adılbek Kasıməliyev Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçirilən iclası çərçivəsində Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə iqtisadiyyatın əsas sektorlarında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinə sadiq olduqları təsdiqlənib.
İki ölkə arasında yük axınını sürətləndirmək üçün sərhəd prosedurlarının sadələşdirilməsi müzakirə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net