Əl-Cəzirə: Yanvarın 19-dan bəri xilasedicilər Qəzzada dağıntılar altından 354 cəsədi çıxarıblar
Nərmin Qocamanlı
Axtarış-xilasetmə qrupları atəşkəs elan edildikdən sonra Qəzza zolağında dağılmış binalardan 354 cəsədi çıxarıb.
Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, anklavda 14 mindən çox insan itkin düşüb. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Qəzza zolağından 50 milyon ton dağıntı olduğunu və dağıntının çıxarılmasının 20 ilə qədər vaxt apara biləcəyini bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma