Menyu

Ukrayna Silahlı Qüvvələri silahları iki ay gec alacaq

Əsəd Abbaslı
Ukrayna Silahlı Qüvvələri silahları iki ay gec alacaq

Ukrayna Silahlı Qüvvələri (VSU) Müdafiə Nazirliyi ilə Müdafiə Təchizatı Agentliyi (AOZ) arasında baş verən münaqişə səbəbindən lazım olan silahları ən azı iki ay gec alacağı riski ilə qarşı-qarşıyadır.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Milli Müdafiə Sənayesi Assosiasiyası məlumat verib.

Assosiasiyanın Facebook səhifəsindəki açıqlamada bildirilir ki, "Son hadisələr, Dövlət Agentliyi "AOZ"nin rəhbərliyi ilə bağlı işləri faktiki olaraq iflic edib və bu, ən azı iki ay müddətində silah tədarüklərinin gecikməsinə səbəb olacaq".

Assosiasiya, eyni zamanda, yanvarın əvvəlində Ukrayna Maliyyə Nazirliyinin silah alışı üçün 333,8 milyon dollar ayırdığını, lakin Müdafiə Nazirliyi ilə yaşanan münaqişə səbəbindən AOZ-nin hələ heç bir müqaviləni maliyyələşdirmədiyini də vurğulayıb.

"Bu, kritik önəmli sursatlar və texnikaların vaxtında təchizatını təhdid edir", - deyə qeyd olunub.

Assosiasiya, bu vəziyyətə müdaxilə etməsi üçün Prezident Vladimir Zelenskiyə müraciət edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər