Azərbaycan ŞƏT-in Dayanıqlı İnkişaf üzrə Şurasının yaradılmasını dəstəkləyib
Nərmin Qocamanlı
Azərbaycan hökumətinin nümayəndələri dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) şurasının yaradılması təşəbbüsünü bəyəniblər və yaxın vaxtlarda rəsmi cavab verəcəklərini vəd ediblər.
Operativ Media RİA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Tutov Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə görüşlərdən sonra bildirib.
“Azərbaycan hökumətinin nümayəndələri də öz növbəsində ŞƏT-in Dayanıqlı İnkişaf Şurasının yaradılması təşəbbüsünü bəyəniblər və yaxın vaxtlarda rəsmi cavab verəcəklərini vəd ediblər”, - Titov bildirib .
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net