Zelenski ilə Netanyahu arasında telefon danışığı olub
Əsəd Abbaslı
Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında yazıb.
“Mən ona Auşvits-Birkenau şəhərinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərdə iştirakım barədə məlumat verdim. Holokost faciəsi ilə əlaqədar baş nazirə və İsrail xalqına başsağlığı verdim”, - deyə Zelenski yazıb.
Bundan əlavə, Ukrayna lideri özünün də qeyd etdiyi kimi, israilli girovların azad edilməsini və onların vətənə qayıtmasını alqışlayıb.
O, əlavə edib ki, Netanyahu ilə ABŞ və xüsusilə Prezident Donald Trampla münasibətləri ayrıca müzakirə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net