Muxtar Babayev Quterreşin müavini ilə COP29-da əldə olunan irəliləyişləri müzakirə edib
Əsəd Abbaslı
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Afrika Enerji Sammiti çərçivəsində BMT-nin Baş katibinin müavini Əminə Məhəmmədlə görüşüb.
Operativ Media xəbər verir ki, onlar COP29-da əldə olunan irəliləyişləri müzakirə ediblər.
Tərəflər Bakıda qazanılmış nailiyyətlərin möhkəmləndirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsi zərurətindən danışıblar.
Qeyd edək ki, yanvarın 27-28-də Tanzaniyanın paytaxtı Dar əs-Salam şəhərində Afrika Enerji Sammiti keçirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma