Fitso: Slovakiyada hökuməti devirməyə çalışırlar
Əsəd Abbaslı
Slovakiyanın baş naziri Robert Fitso, ölkədə hakimiyyəti devirməyi planlaşdıran "beynəlxalq ekspertlər" qrupunun fəaliyyət göstərdiyini bildirib.
"Operativ Media" xəbər verir ki, bununla əlaqədar slovak lideri yanvarın 23-ə Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib.
"Təsdiq edə bilərəm ki, ölkədə Gürcüstan hadisələrində, o cümlədən Ukraynadakı "maydan"da (hərəkatında) aktiv iştirak etmiş "beynəlxalq ekspertlər" qrupu fəaliyyət göstərir", - deyə Fitso mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, həmin qrup müxtəlif mənbələrdən maliyyələşir. Fitso qeyd edir ki, etiraz aksiyaları zamanı həmin fəallar hökumət binasına daxil olub onu zəbt etməyə çalışacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net