Pezeşkian: ABŞ bütün dünya üzərində nəzarətə can atır
Əsəd Abbaslı
ABŞ bütün dünya üzərində birqütblülük və nəzarətə can atır, Rusiya və İranı bu yanaşma qane etmir.
"Operativ Media" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində deyib.
“ABŞ birqütblü olmağa çalışır, onlar hesab edir ki, bütün dünya onların nəzarəti altında olmalı, məqsəd və istəklərinə uyğun hərəkət etməlidir. Təbii ki, bu yanaşma Rusiyanı qane etmir. Rusiya kimi bir ölkənin başqalarının onun üçün qərar qəbul etdiyi, ancaq onun üçün nəzərdə tutulmuş planları həyata keçirən belə bir çərçivəyə düşəcəyini təsəvvür etmək mümkün deyil”, - Pezeşkian bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net