Trampın andiçmə mərasiminin qapalı məkanda keçiriləcəyi gözlənilir
Əsəd Abbaslı
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin gözlənilən soyuq hava şəraiti ilə əlaqədar qapalı məkanda keçiriləcəyi gözlənilir.
"Operativ Media" xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“Trampın andiçmə mərasiminin bazar ertəsi paytaxtda gözlənilən təhlükəli temperatur şəraitinə görə qapalı yerə keçiriləcəyi gözlənilir”, - nəşr bildirib.
Mənbələrin məlumatına görə, mərasim Kapitol rotundasında baş tutacaq. İnauqurasiya paradının və digər tədbirlərin keçiriləcəyi yer hələ də müəyyənləşdirilir.
Yanvarın 20-də Vaşinqtonda temperaturun -2 ilə -6°C arasında dəyişəcəyi proqnozlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net