NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında yer alan paylaşımda yanvarın 15-də çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olduğu bildirilib.
Paylaşımda buna cavab olaraq ölkədə yerləşdirilən iki Norveç F-35-in havaya qalxdığı qeyd edilib.
"Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxaraq, müttəfiqlərin NATO-nun şərq cinahına bağlılığını nümayiş etdirib".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma