Məhkəmə Trampla bağlı qərar verib
Əsəd Abbaslı
Nyu-York məhkəməsində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa hökm oxunub.
"Operativ Media" xəbər verir ki, hakim Xuan Merçan Trampla bağlı şərtsiz azad etmə qərarı çıxarıb.
Hökmə əsasən Tramp təqsirli olaraq qalacaq, lakin o nə həbs, nə də cərimə olunacaq. Tramp məhkəməyə virtual olaraq qatılıb.
Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net