Təl-Əvivdə atışma nəticəsində 8 nəfər həlak olub - YENİLƏNİB
İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda yerləşən ərəb rayonunda baş verən atışmada ölənlərin sayı 8 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Hazırda yaralı sayı 7 nəfərdir.
22:00
Təl-Əvivin Yaffa bölgəsində baş verən atışmada 4 nəfər həlak olub, 9 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
İsrail polisi hadisəni törədən 2 nəfər silahlını öldürüb.
21:17
İsrailin paytaxtında silahlı şəxslər insanlara atəş açıb.
"Operativ Media" xəbər verir ki, İsrail polisinin mətbuat xidməti xəbər verir ki, atışma Tel-Əvivdə baş verib.
Hadisə şəhərin cənubunda, yəhudi-ərəb əhalisinin qarışıq yaşadığı Yaffada baş verib.
Hadisənin terror aktı olduğu ehtimal edilir.