Menyu

Hakan Fidan avstriyalı həmkarı ilə görüşüb

Hakan Fidan avstriyalı həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Paylaşımda nazir Fidanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçiriləcək Fələstin toplantısından əvvəl Nyu-Yorkdakı Türkevində Avstriya xarici işlər naziri Aleksandr Şallenberqlə görüşdüyü bildirilib. Ancaq görüşün təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Qəzzadakı hadisələri müzakirə etmək üçün bir çox ölkənin xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli iclas keçirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər