Azərbaycan milli komandası dünya ikincisi oldu
Operativ Media
Bakıda keçirilən U17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Operativ Media xəbər verir ki, 3 gümüş və 3 bürünc medal qazanan millimiz 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub.
Rusiya (127) birinci, İran (96) isə üçüncü yeri tutub.
Xatırladaq ki, böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net